Главная > Baş Xəbər / Ölkə > Müsavat başqanı: “İlham Əliyev bilməlidir ki, Rəsulzadə zamanında…”

Müsavat başqanı: “İlham Əliyev bilməlidir ki, Rəsulzadə zamanında…”


14-04-2021, 15:22.

      Müsavat başqanı: "İlham Əliyev bilməlidir ki, Rəsulzadə zamanında…”

 

İlham Əliyev bilməlidir, bilməyə borcludur ki, Rəsulzadə və silahdaşları Azərbaycan Xalq Cümhuriyyətini elan edəndə ökənin bütün şimal-şərq əraziləri Bakı, Quba, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir də daxil olmaqla erməni-rus hərbi birləşmələrinin nəzarəti altında idi.

 

Bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış, 400 min(!) azərbaycanlı qaçqın yurdlarından didərgin düşüb Göyçay, Ucar, Yevlax ərazilərinə toplaşmışdı.
Qarabağda, Zəngəzurda, Naxçıvanda xalqımızın qanı axıdılırdı.

 

Sonralar Heydər Əliyev tərəfindən Bakıda heykəli ucaldılmış quldur Şaumyanın, digər erməni quldurları Korqanovun, Avakyanın, Emirovun, Hamazaspın rəhbərlik etdiyi daşnak-bolşevik hərbi birləşmələri Azərbaycanın əksər ərazilərini nəzarətə almışdı.

 

Düşmənin niyyəti Qaraməryəm, Müsüslü istiqamətlərindən irəliləyərək Göyçayı, Yevlaxı, Ucarı işğal etmək, Gəncə yolunu açmaq, Gəncəni işğal etmək və bununla da Azərbaycanı bitirmək idi.

 

Bolşevik Rusiyası və başqa dünya gücləri ilə razılığa gələrək məqsədlərinə çox yaxınlaşmışdılar.

 

Cənubi Qafqazda nəinki Azərbaycan adlı dövlətin olması, hətta xalqımıza başqa dövlətlərin ərazisində hər hansı muxtariyyətin verilməsi şübhə altına alınmışdı.

 

Belə bir dövrdə nəyi nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilən Rəsulzadənin, onun silahdaşlarının düzgün daxili və xarici siyasəti nəticəsində Azərbaycanı xilas etmək mümkün oldu.

 

Cümhuriyyət elan olunduqdan 4 ay keçməmiş Bakı, Şirvan da daxil, Azərbaycanın bütün şimlal-şərq regionları, sonra Qarabağ, Zəngəzur azad edildi.

 

Bakıda, Xankəndidə hərbi paradlar keçirildi.

 

Qurucu babalarımızın, düzgün siyasəti, Müsavat Partiyasının təşkilatçılığı, xalqımızın iradəsi və qardaş Türkiyənin birbaşa yardımı ilə Cənubi Qafqazın əksər ərazilərini əhatə edən 114 min kv. km ərazisi olan Azərbaycan dövləti quruldu.

 

Özü də necə dövlət. Azad, demokratik, hətta müasir dövr üçün dünyada nümunə kimi göstərilə biləcək Azərbaycan dövləti.


 

 

Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

 


Вернуться назад