Главная > İdman > İbrahimoviç futboldan kənarlaşdırıla bilər
İbrahimoviç futboldan kənarlaşdırıla bilər14-04-2021, 20:35. |
İbrahimoviç futboldan kənarlaşdırıla bilərİtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç mərc oyunları biznesində iştirakına görə cəzalana bilər. "Report" "Aftonbladet" nəşrinə istinadən xəbər verir ki, isveçli hücumçunu 3 illik diskvalifikasiya cəzası və 100 000 avro məbləğində cərimə gözləyir. 40 yaşlı forvard 2018-ci ildən özünə məxsus "Unknown AB" şirkəti vasitəsilə "Bethard" bukmeyker kontorunun səhmlərinin 10 faizinə yiyələnib. Məlumat şirkət tərəfindən də təsdiqlənib. FIFA və UEFA-nın reqlamentinə görə, mərc oyunları ilə əlaqəsi olan futbolçular bu iki qurumun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. İbrahimoviç isə "Milan"la Avropa Liqasında, yığmanın heyətində isə DÇ-2022-nin seçmə mərhələsində oynamaqla əsasnaməni pozub. Təcrübəli oyunçunun günahı sübuta yeitirilsə, futbolla bağlı fəaliyyətinə 3 illik qadağa qoyulacaq. Qeyd edək ki, "Bethard" mərc oyunları şirkəti Maltada qeydiyyatdan keçib. Bukmeyker kontoru 2019-cu ildə 30 milyon avro xalis mənfəət əldə edib.
Вернуться назад |