Главная > Ölkə > SMS icazə və sərt karantinlə bağlı açıqlama
SMS icazə və sərt karantinlə bağlı açıqlama14-03-2021, 20:38. |
SMS icazə və sərt karantinlə bağlı açıqlama"Azərbaycanda risk qrupuna daxil olan insanların böyük əksəriyyətinə peyvənd vurulub və proses artıq yekunlaşmaq üzrədir". Bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib. Sfera.az xəbər verir ki, o bildirib ki, ölkədə risk qrupundan sonra digər kateqoriyanın peyvəndlənmə prosesinə davam ediləcək: "Hesab edirəm ki, Azərbaycanda peyvəndlənmə prosesi
ləng gedir. Yaxın vaxtlarda bu prosesin daha da sürətlənəcəyinə inanıram.
Virusdan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. Həkim onu da qeyd edib ki, qarşıdakı günlərdə yoluxma sayı kəskin artarsa, tam qapanmaya gedilə bilər: "Düşünmürəm ki, üçüncü dalğa ikinci kimi sərt olacaq. Bundan sonrakı məhdudiyyətlərin tətbiqi yoluxma sayının artımından asılı olacaq. Məncə, yoluxma sayı artarsa, SMS icazə sistemi və tam qapanma tətbiq edilə bilər. Rəqəmlərdə artım olmasının səbəbi ictimai nəqliyyatda, kafe-restoran və digər qapalı iaşə obyektlərində virusun yayılması üçün münbit şəraitin olmasıdır.(milli.az)
Вернуться назад |