Главная > Siyasət > ATƏT sədri Azərbaycana səfər edəcək

ATƏT sədri Azərbaycana səfər edəcək


14-03-2021, 18:03.

                ATƏT sədri Azərbaycana səfər edəcək

 

ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycana səfər edəcək.

"Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, səfər 15 mart tarixində baş tutacaq.

Linde səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək və Qarabağla bağlı danışıqlar aparacaq. Müzakirələrdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi də diqqət mərkəzində olacaq.

Ann Linde həmçinin, vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək.

 


Вернуться назад