Главная > Dünya > Türkiyəyə qarşı MƏKRLİ PLAN – Minlərlə terrorçu hazırlanır

Türkiyəyə qarşı MƏKRLİ PLAN – Minlərlə terrorçu hazırlanır


7-03-2021, 14:47.

               Türkiyəyə qarşı MƏKRLİ PLAN –Minlərlə terrorçu hazırlanır

 

İraq Türkmən Cəbhəsi İdarə Heyətinin üzvü Hicran Kazancı PKK tərəfindən Türkiyəyə qarşı məkrli planın hazırlandığını bildirib.

H.Kazancının dediklərinə görə, Sincarda olan 2500 PKK terrorçusuna təlim keçiləcək və təlim dərsləri əsnasında pilotsuz uçuş aparatları sistemindəki məlumatlar da onlara öyrədiləcək.

"Əvvəlcə Sincardakı 2500 PKK terrorçusuna bir sıra təlimlər keçiriləcək, sonra isə müasir mərmilər və PUA sistemləri ilə texnologiya müharibəsi bilgisi alacaqlar. ABŞ-ın 2015-ci ildən bəri təkbaşına həyata keçirdiyi yeni dizayn işi hərbi olaraq NATO-ya ötürülür. İraq və Suriya üçün isə yeni bir dövr başlayır”, – Kazancı qeyd edib.

Dr. Hicran Kazancı kimdir? - Avrupa Türk Gazetesi

 

Hicran Kazancı

Digər tərəfdən, NATO Baş katibi Yens Stoltenberq İraqdakı əsgər sayını artıraraq 500-dən 4 minə çatdıracaqlarını açıqlayıb. Stoltenberqin verdiyi açıqlamada İraq ordusu ilə birlikdə "məhəlli və ya lokal” qüvvələrin hazırlanmasına və təchiz edilməsinə işarə edilib. H.Kazancı NATO-nun heyət artırma qərarının yaxın gələcəkdə başlayacaq yeni proqram olduğunu bildirib.publika.az

 


Вернуться назад