Главная > Baş Xəbər / Cəmiyyət > Ayağını itirmiş Qaziyə III qrup əlillik dərəcəsi verilib-RƏZİLLİK

Ayağını itirmiş Qaziyə III qrup əlillik dərəcəsi verilib-RƏZİLLİK


15-02-2021, 08:05.

Ayağını itirmiş Qaziyə III qrup əlillik dərəcəsi verilib-RƏZİLLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir birabırçılığa imza atıb. Uluyol.info xəbər verir ki, nazirliyin bu dəfə imza atdığı biabırçılıq nə ölçüyə, nə də əndazəyə sığır.


Belə ki, sözügedən dövlət qurumu Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsi iştirakçısı, Füzuli rayonu uğrunda gedən döyüşlərdə minaya düşərək, bir ayağını itirmiş Həsənov Murad Teyyub oğluna III qrup əlillik dərəcəsi verib.

Qeyd edək ki, 19 yaşlı Qazimiz ayağının birini itirməsi onun I qrup əlillik dərəcəsi almasını vacib edir. Bir ayağını itirmiş əsgərə III qrup əlillik dərəcəsinin verilməsinin isə məntiqli bir açıqlaması ola bilməz.

Görünür, ƏƏSMN-in tərkibində fəaliyyət göstərən TSEK-lər yenə də nələrisə qarışdırıblar. Daha doğrusu, adi vətəndaşlara göstərdikləri münasibətdən fərqləndirə bilməyiblər. Ki, pensiya, əlillik dərəcəsinin alınmasının nələr müqabilində olduğunu cəmiyyət yaxşı bilir.

Nazirlik hələlik susur. Amma bu susqunluq və ya sabah səhvini düzəltməsi əməlinə bəraət vermir. Çünki göz görəsi biabırçılıq, qanunsuzluq və özbaşınalıqdır.(jamaz.info)
Bu kimi hal və hadisələrlə qarşılaşdığınız zaman elektron poçtumuza yollamağı unutmayın.
Həsənov Murad Teyyub ile ilgili görsel sonucu
ULUYOL.İNFO


Вернуться назад