Главная > Qarabağ > Qarabağ erməniləri Zəngilandan 14 meyit tapdılar

Qarabağ erməniləri Zəngilandan 14 meyit tapdılar


10-01-2021, 21:50.

Qarabağ erməniləri Zəngilandan 14 meyit tapdılar

Qarabağdakı döyüş zonasında aparılan axtarış tədbirləri nəticəsində daha 14 erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.


Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, meyitlər Zəngilan istiqamətində aşkarlanıb. Qarabağ ermənilərinin təmsilçisi Unan Tadevosyan deyib ki, axtarış işləri bazar ertəsi Zəngilan, Hadrut, Cəbrayıl, Xocavənd, Qubadlı ərazilərində aparılacaq. Hadrutda iki axtarış qrupu çalışacaq. Bir qrup meyitləri, digər qrup isə meşələrdə gizləndiyi ehtimal edilən sağ hərbçiləri axtaracaq.

Məlumata görə, 13 noyabr 2020-ci ildən bu günədək Qarabağ erməniləri 1211 nəfərin meyitini və ya qalıqlarını tapıblar.


Вернуться назад