Главная > Ölkə > Şəhid yoldaşlarının qisasını alaraq verdiyi vədi yerinə yetirən qəhrəman

Şəhid yoldaşlarının qisasını alaraq verdiyi vədi yerinə yetirən qəhrəman


10-01-2021, 22:30.

Şəhid yoldaşlarının qisasını alaraq verdiyi vədi yerinə yetirən qəhrəman

Vətən müharibəsində şücaət göstərən hərbçilərimizin fədakarlıqları xalqımızın yaddaşında əbədi olaraq qalacaq.


"Report”un Cənub Mərkəzi xəbər verir ki, Lənkərandan ərazilərimizin bütövlüyü uğrunda döyüşlərə qatılan vətənpərvər gənclərimizdən olan 24 yaşlı Ramin Rəvvaq Rauf oğlunun da qəhrəmanlığı yaddaşlardan silinməyəcək.

Ramin Rəvvaq Lənkəran şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Texnologiya Universitetini bitirib.

Qırx dörd günlük Vətən Müharibəsinin ilk günlərindən Füzuli şəhərindən Şuşayadək şanlı döyüş yolu keçib. Bu günlərdə Ramin Rəvvaq da ordudan tərxis olunaraq doğmalarına qovuşub. Onun Lənkərana qayıdışı rayonda əsl bayrama çevrilib.

Digər müharibə qəhrəmanları kimi onun da ilk ziyarət etdiyi məkan torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin uyuduğu məzarlıq olub.

Ramin Rəvvaq ağır döyüşlərdə şəhid olan yoldaşlarının qisasını alacağına söz verib. Vəd verib ki, ağır döyüşlərdə sağ qalsa, müharibədən sonra ziyarət edəcəyi ilk yer şəhidlərimizin uyuduğu məzarlıq olacaq. Belə də edib. Ağır döyüşlərdə şəhid yoldaşlarının qisasını alan Ramin Lənkəranda uyuyan Vətən müharibəsi qəhrəmanlarının məzarlarını ziyarət edib.

Qeyd edək ki, Vətən müharibəsi qəhrəmanı Ali Baş Komandan tərəfindən bir neçə medala layiq görülüb.
 



Вернуться назад