Главная > Siyasət > Fransanın “diriltmək” istədiyi “Qarabağ münaqişəsi” - “kiçik bacı”nın revanş yanğısı

Fransanın “diriltmək” istədiyi “Qarabağ münaqişəsi” - “kiçik bacı”nın revanş yanğısı


9-01-2021, 10:05.

Fransanın "diriltmək” istədiyi "Qarabağ münaqişəsi” - "kiçik bacı”nın revanş yanğısı

Ermənistanla birgə Qarabağ trekində fiaskoya uğrayan rəsmi Parisin Ankara və Bakıya qarşı de-marşları bitmir - hədəf; rusiyalı analitik: "Ermənilərin revanş istəyi utopiyadır...”

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında II Qarabağ müharibəsinin yekununa dair üçtərəfli sənədin  imzalanmasından sabah (Moskva vaxtı ilə isə bu gün) iki ay ötür. Bu müddət anlaşmanın bir sıra bəndlərinin həyata keçməsi ilə yadda qaldı. Lakin reallaşmasını gözləyən müddəalar da var.

Üçtərəfli bəyanatın zəruri etdiyi ən mühüm məsələlərdən biri ərazimizdə qalmış erməni qanunsuz silahlı qrupların tərk-silahı ilə bağlıdır. Çünki quldur-terrorçu dəstələr öz mövcudluğunu saxladıqca bölgədə daimi sülhdən danışmağa dəymir. Odur ki, məntiqlə Rusiya tərəfi də indi bunda maraqlı olmalıdır.

*****

Əfsus ki, xaricdəki havadarlarına arxayın olan və Qərbdəki bəzi məkrli dairələrin qızışdırdığı separatçı ünsürlər hələ də boy verməyə, öz varlıqlarını hansısa şəkildə nümayiş etdirməyə çalışırlar. Guya mifik "dqr” hələ də öz mövcudiyyətini saxlayır, hətta onun öz "ordusu”, "hökuməti”, "nazirləri” var. 

Bu günlərdə Ermənistan XİN-in başçısı Ara Ayvazyanın Xankəndinə etdiyi təxribatçı səfər də, sözsüz ki, eyni mərama - guya "ikinci erməni dövləti”nin mövcud olması, Dağlıq Qarabağ konfliktinin bitmədiyi haqda dünyada yanlış rəy yaratmağa xidmət edirdi.

Aydındır ki, Dağlıq Qarabağ konfliktinin davam etməsini ən çox ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri olan Fransa arzulayır. Ona görə ki, 44 günlük müharibədə "kiçik bacı” Ermənistanın acınacaqlı məğlubiyyəti, Dağlıq Qarabağdakı saxta rejimin de-fakto da sıradan çıxarılması, ən əsası, imzalanan kapitulyasiya sənədi nəticəsində rəsmi Paris oyundankənar vəziyyətə düşüb və yeni geosiyasi reallığı həzm edə bilmir.

Fransa parlamentinin məlum fitnəkar qətnaməsi, Ermənistanda və Xankəndidə erməniləri Azərbaycana qarşı revanşa kökləmək cəhdləri də öncəliklə Qarabağ trekində Parisin diplomatik fiaskosu ilə birbaşa bağlıdır, nəinki ermənilərə canıyananlıqla. Ancaq bir atalar məsəlimizdə deyildiyi kimi, "Özü yıxılan ağlamaz”.  Vasitəçilik məsələsində daim qərəzli, birmənalı ermənipərəst mövqe tutun Fransa gərək belə ədalətsiz mövqenin nəticələrinə qatlaşmağa da hazır olaydı.                     

*****

Maraqlıdır ki, bu arada - srağagün prezident Emmanuel Makronla Ermənistanın "sorosçu” baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub və söhbət zamanı Fransa prezidenti artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin "uzunmüddətli siyasi həll yolunun tapılmasında” (?!) qərarlı olduğunu söyləyib, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatı isə yalnızca "Qarabağ müharibəsində atəşkəs” (?!) adlandırıb. Başqa sözlə, yenə münaqişəni "reanimasiya eləmək” istəyini açıq büruzə verib.
Ermenistan Başbakanı Paşinyan: Macron ile 'Türkiye'nin Karabağ konusundaki saldırgan tutumunu' görüştük - Sputnik Türkiye
elefon danışığının Fransadan Ermənistana 5-ci humanitar yardım partiyasının gəlməsi fonunda baş tutduğu deyilir. Bildirilir ki, Makron Ermənistanın iqtisadi inkişafını təşviq etməklə bərabər, İrəvana kömək göstərməyə davam edəcəyinə söz verib.

Siyasi müşahidəçilərə görə, bu, II Qarabağ savaşı zamanı Qərbin regiondakı siyasi-diplomatik fiaskosundan sonra Parisin Güney Qafqaza qayıtmaq üçün yeni bir taktika - Ermənistana təsiri gücləndirmək taktikası izlədiyindən xəbər verir. Çünki Parisdə yaxşı anlayırlar ki, Qarabağ münaqişəsi artıq Fransanın iştirakı olmadan nizamlanıb.

Lakin bölgədə var olmaq arzusu hələ də qalır və belə görünür ki, Fransa bu istəyini Ermənistan vasitəsi ilə həyata keçirməyə can atır. Bu mənada Ermənistana humanitar yardım göndərməklə onu Qərbə doğru çəkmək əgər vasitələrdən biridirsə, işğal siyasəti nəticəsində məhv edilən Ermənistan iqtisadiyyatına investisiya vədləri vermək - digər bir şirnikləndirici vasitədir. Yəni Makron heç də çökmüş Ermənistana kömək etmək üçün əldən getmir (Fransa Ermənistana bir-iki il əvvəl də sərmayə qoya bilərdi), əksinə, rəsmi Paris erməni ultra-millətçilərindən istifadə etməklə Cənubi Qafqazda sülhün bərqərar olmasını çətinləşdiməyə, bununla da Rusiya, Türkiyə və Azərbaycan üçün problemlər yaratmağa çalışır.
Paşinyan və Makron Qarabağ məsələsini telefonla müzakirə ediblər
Bu xüsusda bir sıra analitiklər xəbərdarlıq edirlər ki, Fransanın Ermənistana təsiri konstruktiv yox, məhz destruktiv xarakterli olacaq, fransız təsir agentləri Ermənistan vətəndaşlarının Azərbaycan və Türkiyə xalqları ilə barışıq yolu tapmasına imkan verməməyə səy edəcəklər. Ancaq Paris Ermənistanın hakimiyyətinə və adi vətəndaşlarına verdiyi hansı hədiyyələr altında gizlənir-gizlənsin, onun Cənubi Qafqazdakı belə bir siyasəti Ermənistanın özü üçün də sərfəli deyil. Çünki belə taktika Ermənistan-Azərbaycan münasibətlərindəki münaqişə risklərinin saxlanmasına və artmasına xidmət edir.

Ermənistan üçün həqiqi faydalı yol isə - qisasçılıqdan, millətçilikdən, ümumiyyətlə qonşularla münaqişəyə girmək istəyindən birdəfəlik imtinadan keçir. Əks təqdirdə erməni xalqının bəlaları bitib tükənməyəcək...

*****

"Ermənilər ”Dağlıq Qarabağ Respublikası" adlı feykə dəstək verməyə çalışırlar. Məhz bu səbəbdən orada "nazirlər” təyin olunur və "səfərlər” təşkil olunur".
Aleksandr PERENDJIEV: Ayni sharoitda davlatlar uchun o'zi haqida ma`lumotlarni ochiqlash xavfli – Fikrat.uz
Onun sözlərinə görə, İrəvan bu gün bu "respublika”nın mövcud olduğunu göstərmək istəyir. "Halbuki o, heç vaxt mövcud olmayıb.  Sadəcə, Azərbaycan torpaqlarının işğalı hansısa separatçı hərəkat adı altında həyata keçirilib. Ermənilərin ”artsax" oyunu hələ də davam edir. İrəvan bu saxta "dövlət”ə necə "nazirlər” təyin edə bilər? Bu, şəkildə onu göstərir ki, hətta hansısa "dqr”in de-fakto mövcudluğundan da danışmağa dəyməz. Əslində orada heç bir respublika yoxdur və olmayıb. Bu gün bu - revanşizm ideyası üzərində qurulmuş uydurma bir qurumdur. Revanş isə utopiyadır".

Politoloqa görə, Ermənistan revanşa hazır deyil və heç vaxt da hazır olmayacaq. "Çünki orada rus əsgərləri onların qarşısında dayanacaq. Rusiya ermənilərin revanşizminə imkan verməyəcək. Bu, yüzdə yüzdür”, - deyə o əlavə edib.

Təbii ki, Azərbaycan da buna imkan verməz. "Dəmir yumruq” heç hara getməyib, orada - Qarabağdadır...


Вернуться назад