Главная > İqtisadiyyat > Dünya Bankı: Azərbaycanın ÜDM-i gələn il 4,5% artacaq

Dünya Bankı: Azərbaycanın ÜDM-i gələn il 4,5% artacaq


6-01-2021, 14:30.

Dünya Bankı: Azərbaycanın ÜDM-i gələn il 4,5% artacaq


Dünya Bankının yeni proqnozuna əsasən 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9% artacaq.

Bu barədə "APA-Economics" Dünya Bankının "Global Economic Prospects" hesabatına istinadən xəbər verir.

Qeyd edək ki, sözügedən proqnoz bankın ötən ilin oktyabr gözləntisi ilə eynidir.

2020-ci ildə Dünya Bankı ölkədə ÜDM-in 5% azalacağını (oktyabr proqnozu 4,2% azalma), 2022-ci ildə isə 4,5% artacağını (oktyabr proqnozu 2,8% artım) gözləyir.

"Neft qiymətləri sabitləşdikcə və iqtisadiyyata investisiya və yenidənqurma xərcləri artdıqca Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir. Azərbaycanla Ermənistan arasındakı sülh bəyanatı isə bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcək", - hesabatda deyilir.

Вернуться назад