Главная > Video xəbər > Yaşar Türkazərin qızının əsgərə göndərdiyi bayraq tarixə düşdü – Video

Yaşar Türkazərin qızının əsgərə göndərdiyi bayraq tarixə düşdü – Video


4-01-2021, 21:35.

             Yaşar Türkazərin qızının əsgərə göndərdiyi bayraq tarixə düşdü – Video

 

Azərbaycan xalq hərəkatının bayradarı, mərhum müsavatçı Yaşar Türkazərin qızı Turqanayaın bir əsgərə məktubla birgə göndərdiyi bayraq bütün cəbhə boyunca dalğalanıb.

 

Bu bayrağı Yaşar Türkazər qızına əmanət edibmiş. Turqanay bu bayrağı "Əsgərə məktub”un içində azad olunmuş torpaqlarımıza asılmaq üçün döyüş bölgəsinə göndərir. Məktub əsgər Fərid Hadiyevin əlinə keçir və o, da Turqanayın arzusunu həyata keçirərək Cəbrayılda, Qubadlıda və digər digər yerlərdə asır.

 

Dünən isə ATV kanalının xəbər proqramında Turqanayla artıq tərxis olunmuş əsgər Fərid Hadıyevin görüşü haqqında reportaj yayılıb. Reportajı təqdim edirik.

 

Ot kökü üstə bitər! Allah Yaşar Türkazərə və bütün şəhidlərimizə rəhmət eləsin.

 


Вернуться назад