Главная > Siyasət > Nikol Paşinyanla baş terrorçu Arutyunyan bir arada FOTO

Nikol Paşinyanla baş terrorçu Arutyunyan bir arada FOTO


3-01-2021, 23:56.

             Nikol Paşinyanla baş terrorçu Arutyunyan bir arada FOTO

 

Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iclas baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə baş tutub. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, toplantıda ölkədəki vəziyyət müzakirə olunub.

44 günlük Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğramış Ermənistanda hansısa iclasın keçirilməsi bəlkə də sıradan bir xəbər olardı. Amma məsələ burasındadır ki, Paşinyan 10 noyabrda imzaladığı kapitulyasiya sənədinin müddəalarına zidd hərəkət edərək, Qarabağın baş terrorçusu Araik Aritunyanı da iclasa dəvət edib və sədarət kürsüsündə oturzdurub, özü də "Dağlıq Qarabağ respublikasının prezidenti” kimi.

Düzdür, iclasda Qarabağ terrorçularının əski parçası - "bayrağ”ı gözə görünməyib. Amma hər halda iştirakçılar Ermənistanda və Qarabağdakı humanitar problemlər, həmçinin təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Qarabağın aran və dağlıq bölgəsinin Azərbaycan ərazisi olduğu danışlaz fakrtdır və Ermənistanla Azərbaycan arasında demarkasiya prosesi aparıldığı halda, Arutyunyanın Paşinyanla yanaşı əyləşməsi qəbuledilməzdir.

Xatırladaq ki, Azərbaycanda barəsində cinayət işi qaldırılan A.Arutyunyan beynəlxalq axtarışa verilib.

 


Вернуться назад