Главная > Aktual > Çinin patrul gəmiləri üç sutkadır mübahisəli Senkaku adaları rayonundadır

Çinin patrul gəmiləri üç sutkadır mübahisəli Senkaku adaları rayonundadır


3-01-2021, 19:07.

              Çinin patrul gəmiləri üç sutkadır mübahisəli Senkaku adaları rayonundadır

 

Çinin dörd patrul gəmisinin üç sutkadır ki, mübahisəli Senkaku (Dyaoyudao) adaları rayonunda olması Tokio ilə Pekin arasında gərginliyi artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Kyodo agentliyi məlumat yayıb. Həmin gəmilərdən birində avtomatik topa oxşayan qurğunun yerləşdiyi də əlavə olunur. Yaponiya Sahil Mühafizəsinin Çinin gəmilərinə bu ölkənin ərazi sularına daxil olmaması barədə xəbərdarlıq etdiyi də bildirilir.

Bu ərəfədə NHK telekanalı 2020-ci ildə Çin gəmilərinin 333 dəfə Senkaku adalarına yaxınlaşması və 24 dəfə bu akvatoriyaya daxil olması barədə məlumat yayıb.

Yaponiya və Çin arasında həmin adalarla bağlı mübahisə 2012-ci ilin sentyabrında Tokio bu adaları fərdi sahibkardan aldıqdan sonra gərginləşib.

 


Вернуться назад