Главная > Dünya > Nigerdə hücum zamanı öldürülənlərin sayı 80 nəfərə çatıb

Nigerdə hücum zamanı öldürülənlərin sayı 80 nəfərə çatıb


3-01-2021, 19:01.

               Nigerdə hücum zamanı öldürülənlərin sayı 80 nəfərə çatıb

 

Nigerin qərbində naməlum silahlı şəxslərin hücumu zamanı öldürülənlərin sayı 80 nəfərə çatıb.

Bu barədə "Report” "Reuters”ə istinadən xəbər verir.

Silahlı hücum Mali ilə sərhəd yaxınlığında yerləşən kəndə edilib. Məlumata görə, Çombanqu kəndinə hücum zamanı azı 49 sakin həlak olub, daha 17 nəfər xəsarət alıb. Zarumdareye kəndində hücum zamanı isə 30 nəfərə yaxın fermer qətlə yetirilib.

Niger hakimiyyəti hələ hadisəni şərh etməyib.

Daha əvvəl bildirilirdi ki, hücum zamanı azı 58 mülki şəxs həyatını itirib.

 


Вернуться назад