Главная > Baş Xəbər / Dünya > Pakistan XİN-dən cəbhədəki son vəziyyətlə bağlı - Bəyanat

Pakistan XİN-dən cəbhədəki son vəziyyətlə bağlı - Bəyanat


27-09-2020, 20:25.

        Pakistan XİN-dən cəbhədəki son vəziyyətlə bağlı -Bəyanat

 

Pakistan Dağlıq Qarabağ bölgəsindəki təhlükəsizlik vəziyyətinin pisləşməsindən çox narahatdır.

Axar.az xəbər verir ki, bu sözlər Pakistanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, Pakistan XİN erməni qüvvələrinin həftə sonu Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını şiddətlə qınayır:

"Bu, bütün bölgənin dincliyini və təhlükəsizliyini poza bilər. Ermənistan daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır”.

Bəyanatda, həmçinin dost ölkə Pakistanın hər zaman Azərbaycanın yanında olduğu da vurğulanır:

"Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun özünümüdafiə hüququnu dəstəkləyir. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik ki, bu da yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur”.

 


Вернуться назад