Главная > Türk Dünyası / Aktual > İraq Türkmən Cəbhəsindən Azərbaycana dəstək mesajı : "Var olsun qəhrəman Azərbaycan ordusu!"

İraq Türkmən Cəbhəsindən Azərbaycana dəstək mesajı : "Var olsun qəhrəman Azərbaycan ordusu!"


27-09-2020, 20:13.

         İraq Türkmən Cəbhəsindən Azərbaycana dəstək mesajı :"Var olsun qəhrəman Azərbaycan ordusu!"

 

İraq Türkmən Cəbhəsi Azərbaycana dəstək mesajı yayıb.

Avropa.info xəbər verir ki, Ermənistanın Azərbaycanın mülki əhalisi və hərbi nöqtələrinə xain hücumdan sonra, İraq Türkmən Cəbhəsi açıqlama yayıb. İraq Türkmən Cəbhəsinin lideri və Kərkük millət vəkili Ərşad Salihi Azərbaycanın yanında olduqlarını bildirib.

Sosial media hesabından açıqlama yayan Ərşad Salihi Ermənistanın illərdir Azərbaycan torpaqlarını işğal altında saxladığını və buna artıq son verilməli olduğunu deyib.

"Azərbaycan üçün hamımız bir olmalıyıq. Var olsun qəhrəman Azərbaycan ordusu!"- Salihi açıqlamasında belə deyib.

 


Вернуться назад