Главная > Siyasət > "Döyüşlər bir həftə davam edəcək, sonra isə..." - Politoloq

"Döyüşlər bir həftə davam edəcək, sonra isə..." - Politoloq


27-09-2020, 17:08.

               "Döyüşlər bir həftə davam edəcək, sonra isə..." -Politoloq

Dağlıq Qarabağda yeni döyüş fəaliyyətləri qaçılmaz idi, ona görə ki, İrəvan tam olaraq sülh yoluyla həlli bloklayırdı.

Axar.az xəbər verir ki, bunu "Vestnik Kavkaza” saytına müsahibəsində rusiyalı politoloq Sergey Markov deyib.

"Döyüş fəaliyyətləri danışıqlar prosesi dondurulduğu üçün yenilənib. Bunun ilk növbədə günahkarı Azərbaycanla danışıqlara çıxmaqdan qorxan və istəməyən Baş nazir Nikol Paşinyandır. Mən gözləyirəm ki, Azərbaycan kifayət qədər sürətli şəkildə Dağlıq Qarabağdakı və digər rayonlardakı ərazilərini nəzarət altına ala biləcək. Bundan sonra yəqin ki, danışıqlar ilk növbədə Rusiyanın vasitəçiliyi ilə yenilənəcək.

Döyüş fəaliyyətlərinin bir həftə davam edəcəyini proqnozlaşdırmaq olar. Bu dövr ərzində Azərbaycan bu və ya digər həcmdə öz ərazilərini azad edəcək, daha sonra atəşkəs bərpa ediləcək və danışıqlar başlayacaq. O isə böyük ehtimalla Kazan formulu əsasında konfliktin həlli razılaşmasının imzalanması ilə bitəcək”, – deyə o bildirib.

Markov bu hadisələrin bitməsindən sonra Paşinyanın hakimiyyətini itirəcəyini deyib.

 


Вернуться назад