Главная > Mövqe > Felgenhauer: Qarabağda savaş qaçılmaz idi

Felgenhauer: Qarabağda savaş qaçılmaz idi


27-09-2020, 17:43.

                 Felgenhauer: Qarabağda savaş qaçılmaz idi

 

Ermənistan və Azərbaycan ordusunun təmas xəttində situasiyanın ciddi gərginləşməsinin səbəbi Dağlıq Qarabağ konfliktinin sülh yoluyla həll edilməməsiylə bağlıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.

"Dağlı Qarabağ konfliktinin həll edilməməsi ucbatından müharibə qaçılmaz idi. Hələlik döyüş fəaliyyətinin hansı miqyas alacağı aydın deyil. Mümkündür ki, döyüş fəaliyyətləri bir həftə davam etsin, bundan sonra tərəflər yeni mövqelərdə dayansınlar. Bəlkə də heç bu dayanma olmayacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya bu konfliktdə tərəfləri döyüş fəaliyyətlərini dayandırmağa çağıracaq, çünki bu döyüş fəaliyyətləri onun maraqlarına uyğun deyil.

 


Вернуться назад