Главная > Media / Region > Türk jurnalistlər Qarabağda top atəşinə tutuldu

Türk jurnalistlər Qarabağda top atəşinə tutuldu


27-09-2020, 13:00.

            Türk jurnalistlər Qarabağda top atəşinə tutuldu 

 

Bu gün səhər Anadolu agentliyi və TRT telekanalının müxbirləri Ermənistanın Azərbaycandakı dinc kəndlərə qarşı təxribatı barədə təfərrüatları öyrənmək üçün cəbhə bölgəsindəki yaşayış məntəqələrinə yollanıblar.

"Anadolu" nun verdiyi xəbərə görə, Qapanlı kəndi ərazisində atışma zamanı erməni bölmələri minaatanlardan atəş açıb.

Mərmilərdən biri müxbirin avtomobilinin yaxınlığında partlayıb. Bundan sonra jurnalistlər atışma yerindən uzaqlaşıblar. /Virtualaz.org

 


Вернуться назад