Главная > GÜNDƏM > Günün fotosu: Xankəndinin bu günü

Günün fotosu: Xankəndinin bu günü


27-09-2020, 15:36.

               Günün fotosu: Xankəndinin bu günü

 

Bura Qarabağ bölgəsinin ən böyük şəhəri Xankəndidir, ermənilərin dili ilə desək - Stepanakert.

Bu gün onların qara günüdür - necə deyərlər, başlarına bomba tökülür.

Onlar bu günü gözləyirdilər, 26 ildir səksəkədəydilər, nəhayət gözlədikləri gün çatdı.

Bir ara tamam eyforiyaya qapılmışdılar, elə bilirdilər, Qarabağ daha bunlarındır, arxalarında gizləndikləri day-daylarının arxasından çıxır, hart-hurt edir, yenidən gizlənirdilər. Ara sakitləşən kimi, arı yuvasına çöp uzadırdılar, gah Vəng kəndində qoduq cıdırı təşkil edib, bizə acıq verir, gah Şuşada parad, andiçmə mərasimi təşkil edir, bizi hiddətləndirməyə çalışırdılar.

Alın, bu da sizə olan hiddətimizin məhsulu. Ermənilər məruz qaldıqları zərbələrin, yaralılarının şəklinin çəkib dünyaya yayırlar, istəyirlər hamının onlara yazığı gəlsin. Artıq parad da yadlarından çıxıb, ulaq cıdırı da. İndi bir qaçaqaç başlasın ki..


 


Вернуться назад