Главная > Mədəniyyət > “Quqark” romanı Polşada nəşr edildi

“Quqark” romanı Polşada nəşr edildi


14-09-2020, 09:42.

         "Quqark” romanı Polşada nəşr edildi

 

Bu haqda AzLogosa polşalı antropoloq, azərbaycanşünas Aneta Strzemżalska bildirib.

Romanı Azərbaycan dilindən tərcüməçi Julia Krajcarz çevirib, əsər Wrocław şəhərinin KEW nəşriyyatında (Kolegium Europy Wschodniej) işıq üzü görüb. Kitabın üz qapağı rəssam Jakub Kamiński tərəfindən işlənilib.

10 il öncə Qarabağ münaqişəsi mövzusunda yazılmış "Quqark” romanı bioqrafik xarakter daşıyır. Əsərin adı bir zamanlar müəllifin də iştirak etdiyi təlimlərin baş tutduğu şəhərdən götürülüb. Roman Azərbaycan dilindən başqa artıq rus dilində də dərc edilib, ingilis dilində də nəşri gözlənilir.

 


Вернуться назад