Главная > Mövqe > İran ABŞ-ın CAR-dakı səfirini öldürmək istəyir?-İDDİA

İran ABŞ-ın CAR-dakı səfirini öldürmək istəyir?-İDDİA


14-09-2020, 15:33.

           İran ABŞ-ın CAR-dakı səfirini öldürmək istəyir?-İDDİA 

 

İran hökuməti Birləşmiş Ştatların Cənubi Afrika Respublikasındakı səfirini öldürməyi planlaşdırıb.

Musavat.comxarici agentliklərə istinadən xəbər verir ki, belə bir iddia nüfuzlu Politico saytı tərəfindən yayılıb.

Sayt bu informasiyanı ABŞ hökuməti və kəşfiyyat strukturları içindəki qaynaqlarından aldığını bildirir.

Həmin məlumata görə, İran bununla Donald Trampdan general Qasım Süleymaninin öldürülməsinin qisasını almaq istəyir.

Sayt bunun nəticəsində iki ölkə arasındakı münasibətlərin qırılma nöqtəsinə gələcəyini, prezident seçkiləri öncəsi Trampın əlinə İrana zərbə endirmək fürsəti düşəcəyini qeyd edib.

Qaynaqlar səfir Lana Marksın üzərində təhdid yarandığı barədə kəşfiyyat məlumatlarının hələ bu ilin yazından gəldiyini bildirib. Lakin ehtimal olunan sui-qəsdlə bağlı xəbərlər yalnız son bir neçə həftədə sıxlaşıb.

 


Вернуться назад