Главная > Cəmiyyət > ReAl və Milli Cəbhə partiyaları dövlət qeydiyyatına alındı

ReAl və Milli Cəbhə partiyaları dövlət qeydiyyatına alındı


1-09-2020, 14:57.

               ReAl və Milli Cəbhəpartiyaları dövlət qeydiyyatına alındı

 

Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.

Musavat.com xəbər verir ki, bu barədə deputat, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev "Facebook"da məlumat paylaşıb.

Onun sözlərinə görə,MCP-ninqeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və Nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisiİlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib:

"Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən, müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib".

Razi Nurullayev görüşdə Real Alternativ Partiyasının rəhbərliyinə də qeydiyyat sertifikatı təqdim olunduğunu bildirib.

 


Вернуться назад