Главная > Maraqlı > Elon Maskdan inqilabi YENİLİK - Beyinə nəzarət edən cihaz - FOTO

Elon Maskdan inqilabi YENİLİK - Beyinə nəzarət edən cihaz - FOTO


29-08-2020, 22:01.

          Elon Maskdan inqilabi YENİLİK- Beyinə nəzarət edən cihaz - FOTO

"Tesla" və "SpaceX"in qurucusu Elon Musk beyinə nəzarət edən cihazını təqdim edib.

Uluyol.az xəbər verir ki, Musk bir neçə müddətdir 2016-cı ildə qurduğu şirkəti "Neuralink" üçün mütəxəssis axtarırdı. Bu gün isə o, yeni texnologiyası sayəsində yaddaş, depressiya, görmə, sinir problemləri, həmçinin onurğa beyni zədələnmələrini həll edə biləcəklərini açıqlayıb.

Çipin üstünlüklərindən biri də beyinə birbaşa musiqi ötürmək və ya klaviaturaya toxunmadan düşüncələrlə yazı yazmaqdır. Son dövrlər aparılan araşdırmalardan insan beynindəki neyronların oxunacağı məlum olsa da, mövcud texnologiya məhdud idi.

Muskın təqdim etdiyi "Link" adlı çip isə sikkə böyüklüyündədir və qulağın arxasına yerləşdirilir. İnsan saçının dörddə biri qədər eni olan yeni texnologiya 4 elektrod ip və onlara bağlı çipdən ibarətdir. Muskın sözlərinə görə, çip ambulator əməliyyatla bağlana bilir. Lakin elektrodları beyindəki qan damarlarına dəyməyəcək qədər dəqiq yerləşdirə bilən möhtəşəm robota ehtiyac var.
Çipin təqdimatının ilkin mərhələsində implant qoyulan, lakin daha sonra çıxarılan donuzlar yer alıb. Bu, çipin etibarlı şəkildə çıxarıla biləcəyini göstərir.

Hazırda Muskın ən böyük problemlərindən biri çipin uzun müddət tab gətirməyi üçün korroziyanın qarşısını almaqdır.(bakupost)

 


Вернуться назад