Главная > Cəmiyyət > Ramiz Mehdiyevin nəvəsinin toyunda bu şəxslər də iştirak edib - şok adlar

Ramiz Mehdiyevin nəvəsinin toyunda bu şəxslər də iştirak edib - şok adlar


29-08-2020, 22:14.

          Ramiz Mehdiyevin nəvəsinin toyunda bu şəxslər də iştirak edib -şok adlar

 

Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyundan üçüncü video artıq paylaşılıb.

Meydan TV tərəfindən yayılan videoda yeni simalar görünür. Musavat.com xəbər verir ki, Meydan TV-nin təmsilçisi Həbib Müntəzir sözügedən toyda iştirak edənlərin növbəti siyahısını paylaşıb. Onun paylaşdığı siyahıda aşağıdakı şəxslərin adı yer alıb:

1. Nəsimi rayon icra başçısı Asif Əsgərov
2. DİN Baş Kadrlar İdarəsi rəisi, general-mayor Rafiq Abbasov
3. SOCAR-da sektor müdiri Anar Orucov
4. Sabiq baş prokuror Zakir Qaralov

Musavat.com xatırladır ki, H.Müntəzirin daha öncə paylaşdığı toy iştirakçıları siyahısında aşağıdakı adlar yer almışdı:


Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)
Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)
Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)
Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)
Teymurzadə Aysel Məhəmməd qızı (Eurovision müğənni)
Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank "BTB” ASC-nin müşahidə şurasının üzvü)
Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - Sabiq MTN polkovniki)
Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)
Əliyev Orxan Fikrət oğlu (İlham Əliyev qardaşı oğlu, Ailə TV-nin rəhbəri)
Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyev qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi)
Aqiyə Həbib qızı Naxçıvanlı (Deputat)
Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru)

Bu siyahıda adı çəkilənlərdəndeputat Bəxtiyar Əliyev vəMemarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovaorda iştirak etməsi barədə yazılan xəbərləri təkzib ediblər.

(musavat.com)

 


Вернуться назад