Главная > İdman > PSJ rəhbərliyi Messinin transferinə razılıq verdi

PSJ rəhbərliyi Messinin transferinə razılıq verdi


29-08-2020, 18:19.

             PSJ rəhbərliyi Messinin transferinə razılıq verdi

 

PSJ rəhbərliyi "Barselona”dan ayrılacağı gözlənilən Lionel Messini transfer etmək istədiyini təsdiqləyib.

Qol.az "Diario Sport”a istinadən xəbər verir ki, klub rəhbərliyi argentinalı hücumçunun keçidinin komanda üçün vacib olduğunu düşünür. Onlar Messinin Paris təmsilçisinə keçəcəyi təqdirdə Neymar və Klian Mbappenin tərəddüd etmədən müqavilələrini yeniləməyə razı olacaqlarına inanır.

Qeyd edək ki, L.Messi "Barselona” rəhbərliyinin verdiyi qərarlardan narazı olduğu üçün 2021-ci ildə başa çatacaq müqaviləsinə xitam vermək istəyir. 33 yaşlı oyunçunu "Mançesteer Siti” və "İnter” də heyətinə qatmaq niyyətindədir.

 


Вернуться назад