Главная > Siyasət > BƏƏ prezidenti İsrail üzərində iqtisadi boykotu götürdü

BƏƏ prezidenti İsrail üzərində iqtisadi boykotu götürdü


29-08-2020, 19:42.

            BƏƏ prezidenti İsrail üzərində iqtisadi boykotu götürdü

 

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə ben Zaid Əl-Nehyan İsrail üzərindən iqtisadi boykotun götürülməsi haqqında fərman imzalayıb.

Bunnula bağlı ölkəni rəsmi informasiya agentliyi sayılan WAM xüsusi məlumat yayıb.

"Bu fərman BƏƏ-nin İsraillə diplomatik və kommersiya əməkdaşlığını genişləndirilməsi üzrə cəhdlərini əks etdirməklə bərabər, iqtisadi böyümənin stimulaşdırılması naminə ikitərəfli münasibətlərdə birgə əməkdaşlığın başlanması üçün yol xəritəsi rolunu oynayacaq”,-deyə sənəddə bildirilir.

Xəbərdə iqtisadi boykotun qaldırılmasının BƏƏ-nin iri iş adamları və şirkətlərinə İsrail biznesi ilə geniş maliyyə və ticarət əməliyyatları aparmasına yol açacağı vurğulanır.

Bundan başqa, fərmanla yəhudi dövlətindən gələn malların alışı, satışı və mübadiləsinə qoyulan yasaqlar da ləğv edilir.

Xatırladaq ki, BƏƏ və İsrail arasında diplomatik münaibətlər bu ilin avqust ayının 13-də ABŞ prezidenti Donald Tramp və onun kürəkəni Cared Kuşnerin əməyi ilə qurulub.

 


Вернуться назад