Главная > Baş Xəbər / Aktual > Belarusda xarici KİV-lərin əməkdaşlarının kütləvi sürgünü başladı

Belarusda xarici KİV-lərin əməkdaşlarının kütləvi sürgünü başladı


29-08-2020, 17:58.

                  Belarusda xarici KİV-lərin əməkdaşlarının kütləvi sürgünü başladı

 

Belarus Xarici İşlər Nazirliyi əcnəbi mətbuatda çalışan onlarla jurnalisti ölkədən qovur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buraya "Reuters”, "Associated Press”, "AFP”, "BBC”, "Deutsche Welle”, "Azadlq radiosu” kimi nüfuzlu qurumların əməkdaşları daxildir.

Həmin jurnalistlərdən dördü Rusiya vətəndaşıdır. Onlar hüquq mühafizə orqanlarının qərarına müvafiq olaraq ölkə hüdudlarından kənara çıxarılıblar. Rusiyalılara 5 il ərzində Belarusa gəlməyə qadağa qoyulub.

Qeyd etmək lazımdır ki, bu ilin avqust ayının 27-də paytaxt Minskdə 50-dən çox jurnalist saxlanılıb. Mətbuat işçiləri Azadlıq meydanında etirazçıların aksiyasını işıqlandırmağa hazırlaşırlarmış. Belarus jurnalistlər assosiasiyası ölkənin İstintaq komitəsinə müraciət edərək qanuni peşəkar fəaliyyətə mane olmaq maddəsi ilə hüquq-mühafizə orqanlarına cinayət işinin açılmasını tələb edib.

Bundan başqa, Belarusda 70-dən çox qəzet, sayt və jurnalın fəaliyyətinə son qoyulub. Bunların içində Belarusun "by” domen zonasında çıxan "Belsat” və "Village” portalları da var. Həmçinin müxalif yönümlü "Naşa Niva” (nn.by) və Naviny.by saytları da açılmır.

 


Вернуться назад