Главная > Kriminal > Zaqatalada 31 yaşlı kişi həmkəndlisini bıçaqlayıb

Zaqatalada 31 yaşlı kişi həmkəndlisini bıçaqlayıb


29-08-2020, 17:46.

               Zaqatalada 31 yaşlı kişi həmkəndlisini bıçaqlayıb

 

Zaqatala rayonunda 31 yaşlı kişi həmkəndlisini bıçaqlayıb.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, rayonun Uzunqazmalar kənd sakini, 1992-ci il təvəllüdlü Orxan Ələsgər oğlu Əhmədov kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. O. Əhmədova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Araşdırma zamanı O. Əhmədovu həmkəndlisi, 1989-cu il İlqar İbrahimoviç Bayramov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bıçaqladığı məlum olub. İ. Bayramov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад