Главная > Dünya > ABŞ-ın ən məşhur birinci xanımı dünyasını dəyişdi

ABŞ-ın ən məşhur birinci xanımı dünyasını dəyişdi


8-03-2016, 00:04.
ABŞ-ın ən məşhur birinci xanımı dünyasını dəyişdi
ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqan dünyasını dəyişib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, siyasətçinin xanımı Los-Ancelesdəki evində 94 yaşında həyatla vidalaşıb. Nensinin ölümünə səbəb ürək çatışmazlığı olub. 

Xatırladaq ki, Nensi Reyqan 1981-1989-cu illərdə ABŞ-ın birinci xanımı olub. O, aparılmış sorğunun nəticələrinə əsasən, ölkənin indiyədək ən məşhur birinci xanımı seçilib. Nensi ilə Ronald 1952-ci ildə ailə qurublar. Həmin vaxt R.Reyqan Aktyorlar Gildiyasının rəhbəri, Nensi isə "Nensi Devis” adıyla Hollivudun məşhur kino aktrisası idi. Onun 11 filmi var. Nensi ilə Ronaldın bir qızı, bir oğlu dünyaya gəlib. 

Cütlüyün münasibəti bu günədək daim mətbuatın diqqətində olan XX əsrin ən məşhur sevgi hekayələrindən biri adlanır. R.Reyqan müsahibələrinin birində "Bəzən mənə elə gəlir ki, həyatım Nensi ilə tanışlıqdan sonra başlayıb” deyib. 

Qeyd edək ki, Nensi Reyqanı Kaliforniyada Ronald Reyqanın Prezident kitabxanası yerləşən ərazidə - ərinin yanında dəfn edəcəklər. Ronald özü 10 il Alzaymer xəstəliyindən sonra 2004-cü ildə dünyadan köçüb. Onun ölümündən sonra Nensi bu xəstəlikdən əziyyət çəkənlərə yardım üçün tədqiqatlara kömək məqsədilə fəal şəkildə ictimai işlərlə məşğul olub.






Вернуться назад