Главная > Dünya > İraqda daha bir terror aktı törədilib

İraqda daha bir terror aktı törədilib


17-08-2020, 13:44.

              İraqda daha bir terror aktı törədilib

 

İraqın paytaxtı Bağdadda daha bir terror aktı törədilib.

AZƏRTAC "Əl-Arabiyya” televiziya kanalına istinadla xəbər verir ki, Bağdadın "Yaşıl vadi” adlanan bölgəsinə iki raket zərbəsi endirilib. Zərbələr nəticəsində bəzi binalarda yüngül dağıntılar meydana gəlib. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. Hadisə yerinə gələn İraq xüsusi xidmət orqanları araşdırma aparırlar.

Qeyd edək ki, Bağdadın "Yaşıl vadi” adlanan ərazisində hökumət binaları ilə yanaşı, xarici dövlətlərin o cümlədən ABŞ-ın səfirliyi yerləşir. Cari ilin əvvəlindən bu bölgə bir neçə dəfə raket zərbəsinə məruz qalıb.

 


Вернуться назад