Главная > İdman > Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək

Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək


17-08-2020, 09:00.

              Avropa Liqası: Bu gün növbəti finalçı müəyyənləşəcək

 

Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüşü keçiriləcək.

"Report"un məlumatına görə, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı referi Şimon Martsinyak idarə edəcək.

Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniya "Sevilya"sı ilə üz-üzə gələcək. "Sevilya" yarımfinalda İngiltərə "Mançester Yunayted"ini üstələyib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Kölndə olacaq.

 


Вернуться назад