Главная > Siyasət > Britaniya XİN başçısı: “Belarusdakı seçkilərin nəticələrini tanımırıq”

Britaniya XİN başçısı: “Belarusdakı seçkilərin nəticələrini tanımırıq”


17-08-2020, 10:52.

            Britaniya XİN başçısı:"Belarusdakı seçkilərin nəticələrini tanımırıq”

 

Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır.

APA-nın Britaniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə nazir Dominik Raab bildirib.

"Böyük Britaniya seçkilərin nəticələrini qəbul etmir. Biz təcili olaraq seçkilərin ədalətsiz olmasına səbəb olmuş nöqsanlar, habelə repressiyalar barədə ATƏT vasitəsilə müstəqil araşdırma aparmalıyıq. Britaniya beynəlxalq tərəfdaşları ilə birlikdə məsuliyyət daşıyanları cəzalandırmaq və Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün çalışacaq”, - deyə, Xarici İşlər naziri qeyd edib.

 


Вернуться назад