Главная > İdman > İspan mediası “Barselona”nın yeni baş məşqçisini açıqladı

İspan mediası “Barselona”nın yeni baş məşqçisini açıqladı


17-08-2020, 11:41.

               İspan mediası "Barselona”nın yeni baş məşqçisini açıqladı

 

Niderland millisinin çalışdırıcısı Ronald Kuman yaxın günlərdə "Barselona”nın baş məşqçisi təyin ediləcək.

Qol.az xəbər verir ki, bu məlumatı İspaniyanın "Mundo Deportivo” qəzeti yayıb. Onunla 2 illik müqavilə bağlanacağı iddia edilib.

Qeyd edək ki, Ronald Kumanın Niderland Futbol İttifaqı ilə imzaladığı müqavilədə onun "Barselona”ya keçidinə izacə veriləcəyinə dair bənd var. Müqavilədə göstərilir ki, "Avro-2020”dən sonra o, təklif aldığı klubda çalışa bilər.

Kuman 1989-1995-ci illərdə "Barselona”da futbolçu, 1998-2000-ci illərdə isə baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, daha öncə Kataloniya klubunun prezidenti Xosep Bartomeu baş məşqçi Enrike Setyenin istefaya göndərildiyini açıqlayıb. Setyenlə yanaşı klubun idman direktoru Erik Abidalın da göndəriləcəyi bildirilib.

 

 


Вернуться назад