Главная > Aktual > Belarusun Slovakiyada səfiri Lukaşenkoya qarşı çıxanları dəstəklədi

Belarusun Slovakiyada səfiri Lukaşenkoya qarşı çıxanları dəstəklədi


17-08-2020, 12:17.

             Belarusun Slovakiyada səfiri Lukaşenkoya qarşı çıxanları dəstəklədi 

 

Belarusun Slovakiyadakı səfiri İqor Leşşenya vətənində prezident Aleksandr Lukaşenkoya qarşı küçələrə çıxan dinc aksiyaçıları dəstəklədiyini açıqlayıb.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, "Naşa Niva” Telegram-kanalda yayımladığı videomüraciətində bəyan edib.

"Mən şəhərlərdə dinc yürüşlərlə küçələrə çıxan və səslərinin eşidilməsini istəyən insanlarla həmrəyliyimi ifadə edirəm”-deyə İ.Leşşenya bildirib.

Səfir həmçinin Belarus vətəndaşlarına qarşı işgəncə və döyülmə xəbərlərindən şok olduğunu açıqlayıb.

"Jodino şəhərində anadan olan bir şəxs kimi mən "BelAZ” və "Kuzneç ağır ştamp zavodu”nun tətil edən işçilərini dəstəkləyirəm. Səmimi şəkildə inanıram ki, ölkəmin gələcəyi cəmiyyətin bütün təbəqələrinin və müxtəlif siyasi qüvvələrin nümayəndələrinin mövqelərinin nəzərə alınması üzərində qurulacaq”,-deyə səfir vurğulayıb.

Qeyd etmək lazımdır ki, İqor Leşşenya Belarusun diplomatik korpusunda müxalif mövqeyini ortaya qoyan ilk səfir sayılır. Səfir Leşşenya ölkəsində bu sahədə çalışanlar içərisində ən təcrübəlilərdən hesab olunur. Müxtəlif zamanlarda o, Belarusu Misir və İsraildə təmsil edib. 2002-2006-cı illərdə isə prezident Aleksandr Lukaşenkonun xarici siyasət və xarici iqtisadi siyasət üzrə köməkçisi vəzifəsində çalışıb.

 


Вернуться назад