Главная > Dünya > Belarusda dövlət teleradio şirkəti tətil elan edib, efir boş qalıb

Belarusda dövlət teleradio şirkəti tətil elan edib, efir boş qalıb


17-08-2020, 11:30.

                Belarus dövlət teleradio şirkəti tətil elan edib, efir boş qalıb

 

Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları tətilə çıxıblar, "Belarus 1” telekanalının canlı efiri boş qalıb.

"Report” "tut.by”a istinadən xəbər verir ki,600nəfər şirkət binası qarşısında nümayişə çıxacağını elan edib.

Məlumata görə, tətil elan etmədən öncə onlar şirkət rəhbəriİvan Eysmonta məktub ünvanlayıblar. Məktubda işçilər seçki nəticələrini saxta elan olunması, MSK sədriLidiya Yermoşinanın istefaya göndərilməsi, siyasi məhbusların azad edilməsi, KİV-də senzuranın ləğvini tələb ediblər.

Bildirilib ki, məktubu imzalayanların sayı55-i ötüb. Qeyd olunub ki, şirkətin1,5 minəməkdaşı mövcuddur.

 


Вернуться назад