Главная > Mədəniyyət > Rembrandtın avtoportreti 18,7 milyon dollara satılıb

Rembrandtın avtoportreti 18,7 milyon dollara satılıb


3-08-2020, 10:47.

               Rembrandtın avtoportreti 18,7 milyon dollara satılıb

 

Hollandiya rəssamlığının qızıl dövrünün ən böyük nümayəndəsi Rembrandtın (1606-1669) avtoportreti "Sotheby's” ticarət evində hərraca çıxarılıb.

Bu barədə "Report” TASS-a istinadən xəbər verir.

Avtoportret 14,5 milyon funt sterlinqə (18,7 milyon ABŞ dolları) satılıb. Əsər 1632-ci ildə, rəssamın 26 yaşında olduğu zaman çəkilib.

Qeyd edək ki, hərracdan əvvəl ticarət evi koronavirusla mübarizə üzrə tədbirlərin yumşaldılmasından faydalanaraq əsəri Nyu-York və Honkonqdakı potensial alıcılara təqdim edib.

 


Вернуться назад