Главная > Dünya > Fətullah Gülən barədə həbs qərarı verildi

Fətullah Gülən barədə həbs qərarı verildi


7-03-2016, 23:48.
Türkiyənin Ərzurum Prokurorluğu  papalel dövlətin lideri  Fətullah Gülən və onun qardaşı Saleh Gülən barəsində həbs qərarı verib.
 
FETO-PYD əlaqələri ilə bağlı aparılan araşdırmalar çərçivəsində Gülən və qardaşı "Silahlı terror qruplaşmasına dəstək olmaq”, "Konstitusiyanın tələblərini pozmaq” və "Dələduzluq” maddələri üzrə ittiham olunaraq barələrində həbs qərarı çıxarılıb.
 
Qeyd edək ki, martın 4-də İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cümhuriyyət Baş Prokurorluğunun tələbi əsasında Fətullah Gülənin aparıcı mətbuat orqanı olan "Zaman" qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul etmişdi.
Вернуться назад