Главная > Araşdırma > Bu vərdiş ürəktutması riskini artırır ARAŞDIRMA

Bu vərdiş ürəktutması riskini artırır ARAŞDIRMA


30-07-2020, 19:27.

      Bu vərdiş ürəktutması riskini artırır ARAŞDIRMA

 

Televizora uzun müddət baxmaq vərdişi ürəktutması riskini artırır.

"Uluyol” "Daily Mail”ə istinadən xəbər verir ki, bu qənaətə britaniyalı alimlər gəlib.

Məlumata görə, eksperimentdə yaşı 37-dən 73-dək olan 500 min civarında könüllü iştirak edib. Onlar anketlərdə gündəlik neçə saat televizor qarşısında oturduqlarını qeyd ediblər.

Araşdırmanın nəticələrinə görə, televizor qarşısında gündə2 saatdan çox zaman keçirənlərin infarktdan ölmə ehtimalı 8%, digər səbəblərdən ölmə ehtimalı isə 5% artır. Bundan başqa, araşdırma gündəlik 1 saat gəzintinin ölüm riskini 10% azaltdığını göstərib.

 


Вернуться назад