Razi Nurullayev AXCP adından
imtina etdi
Deputat Razi Nurullayevin sədr
olduğu partiyanın onlayn qurultayı keçirilib.
Musavat.com xəbər verir
ki, qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası adından imtina edilib.
Həmçinin qurultayda Milli Cəbhə Partiyasının (MCP) təsis edilməsi haqqında qərar
qəbul olunub.
"Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım
atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli
durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik.
Eyni zamanda fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini
sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir
partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi
qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə
qarşılıqlı əməkdaşlıq mümkündür” – qurultayın bəyannaməsində bildirilib.
Вернуться назад
|