Главная > Türk Dünyası / Ölkə > Türkiyə Ordusu Naxçıvana gəldi – Birgə döyüş təlimləri başlanır (VİDEO)

Türkiyə Ordusu Naxçıvana gəldi – Birgə döyüş təlimləri başlanır (VİDEO)


27-07-2020, 15:34.

       Türkiyə Ordusu Naxçıvana gəldi – Birgə döyüş təlimləri başlanır(VİDEO)

Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişəəsasənNaxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

Uluyol.info Nuhçixan.az-a istinadən bildirir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıqçərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, TürkiyəSilahlı Qüvvələrininşəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki "Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

"Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra TürkiyəSilahlı Qüvvələrinintəlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularınıntəntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar.

Sonra təlimə cəlb edilmişTürkiyəSilahlı Qüvvələrinin nümayəndələriƏlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

 


Вернуться назад