Главная > Mövqe > PA rəhbəri: "İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"

PA rəhbəri: "İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"


27-07-2020, 10:28.

        PA rəhbəri:"İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"

 

"Müxtəlif gərginliklərdəbaşqa ölkələrin milli suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək İranın rəsmi mövqeyidir”.

"Report” "Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəriMahmud VaiziAzərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevlətelefonla danışığında bildirib.

M.Vaizipandemiya dövründə Tehran-Bakı əlaqələrini ortaq maraqlar çərçivəsində inkişaf etdirmək üçün daha çox fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıb.

O, İran və Azərbaycan arasındakı yaxşı münasibətlərin bölgədəki ölkələrüçün nümunə olduğunu da qeyd edib:

"Qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün iki ölkədəki potensiallardan istifadə edilməsi vacibdir”.

 


Вернуться назад