Главная > Türk Dünyası / Cəmiyyət > Türk dövlətlərinin nümayəndələri Azərbaycan üçün toplanır”Qansa qan,cansa can,səninləyik Azərbaycan!”

Türk dövlətlərinin nümayəndələri Azərbaycan üçün toplanır”Qansa qan,cansa can,səninləyik Azərbaycan!”


25-07-2020, 09:59.

      Türk dövlətlərinin nümayəndələri Azərbaycan üçün toplanır ”Qansa qan,cansa can,səninləyik Azərbaycan!”

 

Türkiyədə Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribat törətməsi və təcavüzkar ölkənin Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı etiraz aksiyası keçiriləcək.

 

Uluyol.az xəbər verir ki, aksiya Kayseri Cumhuriyyət Meydanında baş tutacaq.

İyulun 26-sı Türkiyə saatı ilə 16:00-da başlanacaq aksiyaya yeddi türk dövlətinin nümayəndələri qatılacaq.

Aksiyanın əsas şüarı"Qansa qan, cansa can, səninləyik, Azərbaycan. Yeddi dövlət tək millət”dir./oxu.az/

 


Вернуться назад