Главная > Cəmiyyət > Kapital Bank Şəhidin 12 min manat kredit borcunu sildi

Kapital Bank Şəhidin 12 min manat kredit borcunu sildi


24-07-2020, 18:21.

              Kapital Bank Şəhidin 12 min manat kredit borcunu sildi

 

"Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun həqiqətən Kapital Bank-a kredit borcu olduğu müəyyən olunub və bu borc tam olaraq Kapital Bank tərəfindən silinib”.

Musavat.com xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

P.Sədrəddinov qeyd edib ki, həmçinin, bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və BirKart-larına borclarının olduğu üzə çıxıb:

"Saytınız vasitəsilə bildirmək istərdik ki, həmin borclar da Kapital Bank tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, yayılan məlumatlarda Anar Novruzovun Kapital Banka 12 min manat kredit borcu olduğu bildirilmişdi.


Вернуться назад