Главная > İqtisadiyyat > Azərbaycan neftinin qiyməti yenidən 44 dolları ötdü

Azərbaycan neftinin qiyməti yenidən 44 dolları ötdü


7-07-2020, 15:25.

                 Azərbaycan neftinin qiyməti yenidən 44 dolları ötdü

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,51 ABŞ dollar, yaxud 1,16% artıb.


"Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,36 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.//"Report"

 


Вернуться назад