Главная > Siyasət > Müsavat Partiyası Qadınlar Gününü qeyd etdi – FOTOLAR

Müsavat Partiyası Qadınlar Gününü qeyd etdi – FOTOLAR


7-03-2016, 22:07.

Müsavat Partiyası Qadınlar Gününü qeyd etdi – FOTOLARMartın 7-də Müsavat Partiyası Qadınlar Günü münasibətilə tədbir keçirdi. Tədbirdə müsavatçı xanımların bir hissəsi ilə yanaşı, onlar təbrik etməyə gələn kişilər də iştirak edirdi.

Şirniyyat süfrəsi arxasında düzənlənən toplantıda Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, başqanın müavinləri Gülağa Aslanlı, Elman Fəttah, Səxavət Soltanlı və MGT idarə heyyətinin üzvü Əbülfəz Sadıxbəyli çıxış edərək, qadınları təbrik edib, onlara ürək sözlərini deyiblər. Çıxışlarda qadınların Müsavat Partiyasında və bütövlükdə cəmiyyətdə xüsusi rolundan danışılıb.

Həmçinin, Müsavat Məclisinin sədri Nüşabə sadıxlı, MNTK sədri Sevinc Hüseynova, Qadınlar Birliyinin sədri Alya Yaqubly, Divan üzvü Vəfa Cümşüdlü və tədbirə qonaq qismində dəvət olunan tanınmış ziyalı Nəcibə Bağırzadə çıxış edərək qadınların ünvanına deyilən xoş sözlərə görə təşəkkürlərini çatdırıblar.

Sonra Müsavat Gənclər Təşkilatının müsavatçı xanımlar haqqında hazırladığı film nümayiş olunub. Tədbir iştirakçıları sonda xatirə şəkilləri çəkdiriblər.

 

Mustafa Hacıbəyli, bastainfo.com


Вернуться назад