Главная > İdman > Klub rəhbəri azarkeşlərin tələbi ilə istefa verdi

Klub rəhbəri azarkeşlərin tələbi ilə istefa verdi


1-07-2020, 12:25.

              Klub rəhbəri azarkeşlərin tələbi ilə istefa verdi

 

Almaniyanın "Şalke" klubunun idarə heyətinin sədri Klemens Tennyes istefa verib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı funksioner öz istəyi ilə postundan ayrılıb. Klub yeni sədrin daha sonra açıqlanacağını bildirib.

Qeyd edək ki, Klemens Tennyes 2001-ci ildən "Şalke"də klub rəhbəri olub. Almaniya mediasının yazdığına əsasən, komandanın azarkeşləri Bundesliqanın son turunda "Frayburq"a 0:4 hesablı məğlubiyyətdən sonra Tennyesi istefaya səsləyiblər. "Şalke" yanvardan bəri çempionatda qələbə qazana bilməyib.

 


Вернуться назад