Главная > Video xəbər > ABŞ-da yaşayan türkiyəli doktor koronavirusa qarşı effektiv dərman hazırlayıb

ABŞ-da yaşayan türkiyəli doktor koronavirusa qarşı effektiv dərman hazırlayıb


1-07-2020, 11:56.

              ABŞ-da yaşayan türkiyəli doktor koronavirusa qarşı effektiv dərman hazırlayıb

 

ABŞ-da yaşayan türkiyəli doktor Mehmet Öz korononavirusa qarşı effektiv preparat hazırladığını bildirib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, M.Özün verdiyi açıqlamada preparat üzərində işin Oksford universitetində mütəxəssislərin iştirakıyla aparıldığı bildirilir. Ümumdünya Səhiyyə Təşklatı da preparatla bağlı müsbət rəyini açıqlayıb.

Bildirilir ki, bu preparat oksigen balışına və solonium cihazına ehtiyac duyan xəstələrin arasında ölüm hallarını azlatmaq yönündə ciddi irəliləyişdir.

Preparat 2 min koronavirus xəstəsi üzərində sınaqdan keçirilib və nəticələr preparatdan istifadə etməyən 4 min xəstənin durumuyla müqayisə olunub. M.Öz bildirib ki, bu müqayisə preparatın effektivliyini göstərib, belə ki, ondan istifadə edənlərin arasında ölüm faizi 40-dan 28-ə düşüb: "Oksigenə ehtiyac hiss edən xəstələrdə isə bu əmsal 25-dən 20-yə endi".

M.Öz bildirib ki, dərman ucuzdur və bütün dünyada rahatlıqla istifadə oluna biləcək.

 


Вернуться назад