Главная > Araşdırma > Haftarın türklərə nifrətinin səbəbi budur

Haftarın türklərə nifrətinin səbəbi budur


30-06-2020, 09:35.

                 Haftarın türklərə nifrətinin səbəbi budur

 

Haftarın türklərə olan nifrəti iki əsrdir Qərbin alovlandırdığı ərəb millətçiliyinə dayanır. Bu millətçilik türklərə qarşı başlasa da, "Ərəb baharı” ilə ərəbləri pərişan hala gətirdi.

Bu sözləri axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Liviyada qiyamçı Xəlifə Haftarın türklərə olan nifrəti haqda danışarkən deyib. O bildirib ki, Haftarın türklərə olan nifrəti onun sonunu gətirəcək:

"Həqiqətən də bu gün Haftarın Türkiyənin ünvanına işlətdiyi sərt ritorikalar heç də siyasi məqsəd daşımır. Bu, kökləri iki əsrdir davam edən bir nifrətin təcəssümüdür. Məsələ ondadır ki, Haftar Liviyanın qanuni hakimiyyətini devirməyə çalışan bir qiyamçı generaldır. Türkiyənin Liviyada varlığı isə birbaşa qanuni Sərrac hökumətinin istəyi əsasında baş tutub. Bunu Haftar da çox yaxşı anlayır. Lakin Haftarın türkləri hədələməsi, hakimiyyəti ələ keçirdikdən sonra Türkiyə ilə imzalanan razılaşmaları pozması kimi sərt və hədə dolu ritorika heç də siyasi deyil”.

Ekspertin sözlərinə görə, Qərbin Osmanlını parçalamaq üçün oyatdığı ərəb millətçilik ideologiyası bu gün də davam etməkdədir:

"Türkiyənin Yaxın Şərqdə, xüsusilə də İraq, Suriya, Liviya və Fələstin məsələsində göstərdiyi həssaslıq həm milli maraqları, həm də islam dünyasında güclü bir himayədarlıq missiyasından irəli gəlir. Bunu Qərb də yaxşı anlayır. Bu mənada islam dünyasında antitürk kampaniyaları hələ də davam etməkdədir. Məsələ ondadır ki, Osmanlı sultanı Yavuz Sultan Səlimin Misiri və müqəddəs torpaqları ələ keçirməsi xilafətin Osmanlının əlinə keçməsinə səbəb oldu. 19-cu əsrdə Qərb Yaxın Şərqdəki neft torpaqlarını ələ keçirmək üçün Osmanlı daxilində millətçi hərəkatları oyatmağa başladı. Ərəb millətçiliyi də məhz 19-cu əsrdən etibarən alovlandı. Qərbin ərəb millətçiliyini alovlandırması Osmanlının müharibəni uduzmasına, ərəblərin milli dövlətlər qurmasına və Yaxın Şərqin mövcud siyasi xəritəsinin formalaşmasına zəmin yaratdı. Mövcud vəziyyət dedikdə hazırki dağılmış, zəif və çarəsiz Yaxın Şərqi də nəzərdə tuturam. Bugünkü Türkiyə Qərbdə "Osmanlının varisi” adlandırılır. Bu fakt belə Qərbin qorxmasına bəsdir. Buna görə də Liviyada Xəlifə Haftar, Misirdə Sisi və s. ərəb millətçi liderləri Türkiyə əleyhinə siyasət aparır. Yəni Haftar və digərlərinin türklərə nifrəti Qərbin şah əsəridir”.

 


Вернуться назад