Главная > Ümumi > Məmməd İbrahimin işi üzrə məhkəmə istintaqı başa çatıb

Məmməd İbrahimin işi üzrə məhkəmə istintaqı başa çatıb


7-03-2016, 18:39.
Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə proses martın 14-dək təxirə salınıb.
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.
Вернуться назад